“Azərbaycan dili”ndən “qeyri-məqbul” qiymət alan abituriyentlərə MÜRACİƏT
Dövlət İmtahan Mərkəzindən (DİM) "Azərbaycan dili" imtahanından "qeyri-məqbul" qiymət alan abituriyentlərə müraciət edib. DİM-dən SİA-ya verilən xəbərə görə, aprelin 9-da qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün keçirilmiş "Azərbaycan dili" imtahanında "qeyri məqbul" qiymət alan və ya iştirak etməyən şəxslər elektron ərizələrində I-IV ixtisas qrupları üzrə yazda keçiriləcək imtahanda iştirak etmək üçün qeyd aparıblarsa, aprel-may aylarında keçiriləcək ilk qəbul imtahanında iştirak edə bilərlər. Lakin iyunun 11-də keçiriləcək növbəti Azərbaycan dili imtahanında "qeyri məqbul" qiymət alacaqları təqdirdə onlara ixtisas seçimində iştirak etməyə icazə verilməyəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB