Məzunlara "Sahibkarlıq və start-up fəaliyyəti” mövzusunda görüş keçirilib YENİLƏNİB
Bu gün Təhsil Nazirliyinin təşkilatçılığı ilə məzunlarla "Sahibkarlıq və start-up fəaliyyəti" mövzusunda görüş keçirilir. SİA-nın xəbərinə görə, tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, nəqliyyat, rabitə və yüksək texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, Azərbaycan Respublikası Prezidentinin yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, ali təhsil müəssisələrinin rəhbərləri, startup və sahibkarlıq sahəsində fəaliyyət göstərən özəl və dövlət qurumlarının nümayəndələri, xaricdə təhsil almış məzunlar iştirak ediblər.
Tədbirdə ilk çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı" məzunları ilə "Sahibkarlıq və start-up fəaliyyəti" mövzusunda ilk işgüzar panel ötən ilin dekabr ayında ADA Universitetində keçirilib: "Bu dəfəki görüşün məqsədi "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində təhsilini başa vuran gənclərin karyera imkanlarının genişləndirilməsi, "start-up" və sahibkarlıq sahəsinin inkişafına dəstək, bu sahələr üzrə məzunlar arasında təcrübə, bilik və əlaqələrin genişləndirilməsi və fikir mübadiləsinin aparılmasına şərait yaradılmasıdır".
Daha sonra çıxış edən İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib ki, bu gün insan kapitalı çox önəmlidir.
Onun sözlərinə görə, vaxtilə Ulu öndər bu məsələyə diqqət edərək ölkədə sahibkarlığın inkişafının əsasını qoyub. Bundan sonra ölkədə qəbul olunan dövlət proqramları eləcə də hazırda ölkə başçısının uğurlu siyasəti nəticəsində ölkəmiz xarici şoklara dayanıqlıq göstəririr, Ölkədə bu istiqamətdə kompleks tədbirlər həyata keçirilir. Ölkədə keçirilən islahatlar paketi, sahibkarların yoxlamalardan azad edilməsi, vahid pəncərə sisteminin tətbiqi, ASAN xidmət vasitəsilə lisenziyaların verilməsi bu sahədə olan bir sıra maneələrin aradan qaldırılması, sahibkarlığın inkişafında mühüm addımlar idi. Dünyada qlobal böhranın Azərbaycan təsirsiz ötüşmədiyini deyən S.Məmmədov söyləyib ki, lakin ölkədə görülən işlər bu təsirləri xeyli azaldıb: "Bu günkü mövzu çox aktualdır. Iqtisadiyyat Nazirliyi də bu istiqamətdə tədbirlər keçirir".
Tədbirdə rabitə və yüksək texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, Azərbaycan Respublikası Prezidentinin yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev və digərləri çıxış edərək, tədbirin əhəmiyyətindən söz açıblar.
Məzunlar – gənc sahibkarlıq və start-up fəaliyyətininin inkişafı və gələcək perspektivləri ilə bağlı açıq fikir mübadiləsinə qoşulub, rəy və şərhlərini söyləyiblər. Sonra xaricdə təhsil almış məzunlarla ali təhsil müəssisələrinin rəhbər şəxsləri, sahibkarlar arasında işgüzar görüşlər təşkil olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB