DİM-də Apelyasiya Komissiyası yaradılıb

2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına və rezidenturaya qəbul imtahanının aprelin 9-da keçirilmiş birinci mərhələsi ilə əlaqədar namizədlərin müraciətlərinə baxılması üçün Dövlət İmtahan Mərkəzində Apelyasiya Komissiyası yaradılıb.

Dövlət İmtahan Mərkəzindən SİA-yaverilən xəbərə görə, Apelyasiya Komissiyası Bakı Asiya Universitetinin binasında (ünvan: Bakı şəhəri, A. Salamzadə küçəsi, 28) fəaliyyət göstərir.

Namizədlər Apelyasiya Komissiyasına 10-12 aprel tarixlərində saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə