ADU-da Çin dili tədrisi üzrə master-klass təşkil edilib

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda "Bədii film çinşünas tələbələrin linqvokulturologiya hazırlığında vasitə kimi" mövzusunda Çin dili tədrisi üzrə master-klass keçirilib.

ADU-dan SİA-ya verilən məlumata görə, seminarın açılışında Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov tələbələrdə dil mədəniyyətinin təkmilləşdirilməsi üçün Çin dili dərslərində videomateriallardan istifadənin üstünlüklərindən danışıb, xüsusilə Çin bədii filmlərinin dilçilik-pedaqoji potensialının üzərində dayanıb. O, qeyd edib ki, Çin dili dərslərində bədii filmlərdən istifadə olunması tələbələrin milli-mədəni dəyərlərə qovuşmasına, Çin sözlərinin eşidilərək qavranılmasının və lüğət ehtiyatının artırılmasının yaxşılaşmasına imkan yaradır.

Film nümayişindən sonra Konfutsi İnstitutunun müəllimləri tələbələrə filmin məzmununun mənası və bədii obrazların analizi ilə bağlı xüsusi tapşırıqlar veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə