Aprelin 9-da Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura, rezidentura pillələrinə qəbul imtahanının birinci mərhələsini və Azərbaycan dili (ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün) imtahanları Naxçıvan Muxtar Respublikasında da keçirilib.
AZƏRTAC xəbər verir ki, magistratura səviyyəsinə qəbul olmaq istəyən bakalavrlar Naxçıvan şəhərində 14 nömrəli məktəbdə imtahan veriblər. İmtahanda iştirak etmək üçün 346 bakalavr qeydiyyatdan keçib. İmtahana 38 nəzarətçi-müəllim cəlb olunub.
Əlli namizədin qeydiyyata alındığı rezidenturaya qəbul imtahanı da Naxçıvan şəhərindəki 14 nömrəli tam orta məktəbdə keçirilib. İmtahana 7 nəzarətçi-müəllim cəlb olunub. Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün Azərbaycan dili imtahanı Naxçıvan şəhərindəki 7 nömrəli tam orta məktəbdə baş tutub. Bir nəzarətçi-müəllimin cəlb edildiyi imtahana 24 abituriyent qeydiyyatdan keçib. İmtahan bütün binalarda eyni vaxtda - saat 13:00-da başlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB