“SABAH” qruplarının müəllimləri İspaniyada olublar

“SABAH” qruplarının müəllimləri İspaniyada olublar

"SABAH" qruplarının müəllimləri Paris-Sorbon Universitetinin həyata keçirdiyi layihə çərçivəsində mübadilə proqramı üzrə İspaniyanın paytaxtı Madrid şəhərində olublar. Təhsil Nazirliyinin məlumatında deyilir ki, "SABAH" qruplarının müəllimləri İspaniyanın Kral Xuan Karlos, Madrid Komplutense və Nebrija universitetində tədrisin təşkili, kredit sistemi, tələbələrin qiymətləndirilməsi, tələbə və müəllim mübadiləsi, universitetin idarə olunması metodları haqqında keçirilən müzakirələrə qatılıblar.

"SABAH" qruplarının digər heyəti Çexiyanın paytaxtı Praqa şəhərində Beynəlxalq Təkmilləşdirmə İnstitutunda keçirilən təlimlərə qatılıb. Müəllimlər "Universitetlərin beynəlxalq əməkdaşlığı: nəzəriyyə və təcrübə", tələbələr isə "Akademik yazı" adlı təlimlərdə iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə