Aprelin 6-da Azərbaycandakı Fransız İnstitutunda Meksikanın Azərbaycandakı səfiri Xuan Rodriqo Labardini "Meksika, Fransa və Frankofoniya" mövzusunda məruzə ilə çıxış edib. AZƏRTAC xəbər verir ki, tədbirdə Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşez, hər iki ölkənin səfirliklərinin nümayəndələri iştirak ediblər.
Ölkəsində fransız mədəniyyətinin təsirindən danışan səfir bildirib ki, Meksika və Frankofoniya iki fərqli anlayış kimi görünə bilər. Çünki Meksika ispandilli ölkədir. Digər tərəfdən, Meksika ilə fransızdilli ölkələr arasında böyük məsafə var. Amma Meksika və Frankofoniya anlayışları mədəni müxtəliflik, dözümlülük və plüralizm kimi birgə dəyərləri özündə ehtiva edir. Səfir Meksika ədəbiyyatında, milli memarlığında, mətbəxində fransız mədəniyyətinin təsirinin olduğunu diqqətə çatdırıb. O, ölkəsində fransız dilinin tədrisinə və daha çox insan tərəfindən öyrənilməsinə diqqət yetirildiyini qeyd edib. Diplomat vurğulayıb ki, Meksika fransız dilini öyrənən tələbələrin sayına görə Latın Amerika ölkələri arasında ilk sıradadır.
Səfir Orelia Buşez Fransa və Meksika mədəniyyətinin, memarlığının, mətbəxinin oxşar cəhətləri haqqında ətraflı məlumata görə Xuan Rodriqo Labardiniyə minnətdarlığını bildirib. O, Meksikanın da Frankofoniya qurumundakı digər ölkələr kimi bu qurumda böyük əməyi olduğunu deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB