Türkiyəli professor Dillər Universitetində mühazirə oxuyub

Türkiyəli professor Dillər Universitetində mühazirə oxuyub

Türkiyənin Ankara Universitetinin dil, tarix və coğrafiya fakültəsinin yapon dili və ədəbiyyatı fənni üzrə professoru, Asiya-Sakit Okean İşləri və Araşdırma Mərkəzinin müdiri Ali Mertan Dündar Azərbaycan Dillər Universitetində (ADU) təhsil tələbələrə mühazirə oxuyub.

ADU-dan AZƏRTAC-a bildiriblər ki, Ali Mertan Dündar əvvəllər də bu ali məktəbdə olduğu, universitetin daha da müasirləşdiyini deyib. Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinə toxunan professor diqqətə çatdırıb ki, iki universitetlər arasında daha uzunmüddətli əlaqələrin qurulması vacibdir. O, müəllim və tələbə mübadiləsinin əhəmiyyətindən danışıb, türkiyəli tələbələrin Azərbaycan haqqında daha çox məlumat əldə etmələrinin zəruriliyini diqqətə çatdırıb.

ADU-nun tələbələrinin uğurlarından danışan qonaq bildirib ki, bu ali təhsil ocağının məzunları arasında Ankara Universitetində magistratura və doktorantura pillələri üzrə təhsillərini davam etdirənlər də var.

Bütün xəbərlər Facebook səhifəmizdə