Azərbaycanda ali məktəblərdə loqoped-defektologiya ilə bağlı ixtisas açıla bilər
"Vaxtilə sağlamlıq imkanları məhdud olan uşaqların məktəbəqədər təhsili ilə bağlı qəbul edilən qanunda defektoloq-loqopedik mərkəzlərin, ciddi bioloji komissiyaların yaradılması nəzərdə tutulmuşdu. Lakin həmin vaxtdan 15-20 il keçsə də, onların heç biri həyata keçirilməyib". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Bəxtiyar Əliyev komitənin bugünklü iclasında "Məktəbəqədər təhsil haqqında" qanun layihəsinin III oxunuşda müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, defektologiya pedaqokinanın bir hissəsidir və bütün dünyada da belə qəbul olunub: "Defektoloq-loqopedlər fiziki, psixi qüsurlu uşaqlarla məşğul olurlar. Bu gün Azərbaycan Rspublikası Nazirlər Kabinetinin təsdiq etdiyi dövlət standartlarında da loqopediya-defektologiya müəllimlik peşə ixtisasında gedir və pedaqoji universitetlərdə bu ixtisasla bağlı dövlət standartarı qəbul edilib. Loqopediya olduqca mürəkkəb sahədir. Onun tədris planlarının daxilində fiziologiya, nevrologiya, psixologiya var. Bütün dünyada nitq qüsurlarının aradan qaldırılmasına diqqət göstərilir. Çünki, təfəkkürün inkişafı nitqdən asılıdır. Nitqdə qüsur varsa, yaradıcı, müstəqil təfəkkürün inkişafına nail olmaq mümkün deyil".
B. Əliyev çıxışında qeyd edib ki, Azərbaycanda da loqoped-defektologiya ilə bağlı ali məktəblərdə ixtisaslar açıla, bununla bağlı Nazirlər Kabientinə təkliflərverilə bilər: "Bundan əlavə, Səhiyyə, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, rayon icra hakimiyyətləri, bələdiyyələr bununla bağlı çıxış edərək sözügedən fükultənin ali məktəblərdə açılması ilə bağlı məsələyə baxa bilərlər. Bu mütəxxəsislərin məktəbəqədər təhsiləcəlb edilməsi də mütləq məsələdir".
Deputatın sözlərinə görə, məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri yalnız ali pedaqoji təhsilə malik olmalıdırlar: "Məktəbəqədər təhsilə ölkəmizdə xüsusi diqqət yetirilir. Bununla bağlı müəyyən proqramlar qəbul olunub və həyata keçirilib. Məktəbəqədər təhsilə cəlb olunan uşaqlar ilk növbədə Azərbaycan dilində təhsil almalıdır. Uşaqlarımız ilk növbədə Azərbaycan dilini öyrənməli, təfəkkürümüzü o ruhda formalaşdırmalıyıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB