"Xarici sərmayədarlara Azərbaycanda təhsil müəssisələri tikməyə şərait yaradılsın" TƏKLİF

"Xarici sərmayədarlara Azərbaycanda təhsil müəssisələri tikməyə şərait yaradılsın" TƏKLİF

"Xarici sərmayədarlara Azərbaycanda təhsil müəssisələrini tikməyə şərait yaradılmalıdır". SİA-nın xəbərinə görə, bunu deputat Şəmsəddin Hacıyev Milli Məclisin Elm və təhsil komitəsinin iclasında "Məktəbəqədər təhsil haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

Ş.Hacıyevin bu fikrinə deputat Asim Mollazadə etiraz edib. A.Mollazadə bu məsələnin mümkün olmadığını deyib.

Ş.Hacıyev isə deyib ki, məktəbəqədər təhsil müəssisəsi məscid deyil ki, vəhabilik və digər cərəyanlarla məşğul olsunlar: "Ona görə də xaricilərə təsisçilik hüququ verilməlidir. Tədris və təsisçilik ayrı-ayrı şeylərdir".

Bütün xəbərlər Facebook səhifəmizdə