"Məktəbəqədər təhsil müəsissələrində ali pedaqoji təhsillilər də fəaliyyət göstərməlidir" komitə sədri
"Məktəbəqədər təhsil haqqında" qanun layihəsi hazırlanarkən Maliyyə, Təhsil, Səhiyyə, Ədliyyə Nazirlikləri və Bakı şəhər İcra Hakimiyyətinə göndərilib və onlardan layihə haqqında rəsmi rəylər alınıb. Həmin qurumların rəylərində tərif, tənqidi notlar da olub". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli komitənin bugünkü iclasında "Məktəbəqədər təhsil haqqında" qanun layihəsinin III oxunuşda müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, yuxarıda adları qeyd olunan qurumlardan gələn rəylərdəki müddəalar haqqında düşünülərək, onların ən yaxşı cəhətləri qanun layihəsində öz əksini tapıb: "Layihədə həmin təhsil ekspertlərin fikirləri, I və II oxunuşda müzakirə zamanı 15 deputat tərəfindən layihə ilə bağlı səslənən təklif və rəylər nəzərə alınıb".![]()
İ. Həbibbəyli söyləyib ki, ictimaiyyətin rəyi nəzərə alınaraq qanun layihəsindin 7.6 maddəsi tam şəkildə bərpa edilib: " Maddəyə əsasən məktəbəqədər təhsilin məzmunu nəticəyönümlük, şəxsiyyətyönümlük, uşaqyönümlük, inkişafyönümlük, tələbyönümlük, varislik, interaktivlik, millilik, dünyəvilik prinsipləri əsasında müəyyən edilir".
Yaxın gələcəkdə ölkəmizdə məktəbəqədər təhsil şəbəkəsinin genişlənəcəyini deyən komitə sədri söyləyib ki, artıq ölkə başçısının tapşırığı ilə regionlarda bir sıra məktəbəqədər təhsil ocaqları açılır: "Əvvəl məktəbəqədər təhsil ocaqlarında yalnız məktəbəqədər təhsil ixtisası alanlar fəaliyyət göstərirdilər. Lakin burada kadr çatışmazlığı problem yaradacağına görə, qanun layihəsində məktəbəqədər təhsil müəsissəsinə ali pedoqoji təhsil alan mütəxəssislərin təyin edilməsi nəzərdə tutulub. Bundan başqa qanun layihəsində uşaq innovasiya fondalarına 3-4 bənd aid edilib. Bu da bu sahə ilə bağlı fəaliyyət göstərən QHT-lər üçün bir stimuldur".
Komitə sədri qeyd edib ki, məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərəcək defektoloq-loqopedlərin ali pedoqoji təhsili olması vacibdir.
İ. Həbibbəyli həmçinin bildirib ki, ölkəmizdə 5 yaşlı uşaqların məktəbəqədər təhsil müəssisəsində təhsili mütləq sayılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB