Ankara Universitetinin dosenti ADU-da mühazirə oxuyub FOTO

Ankara Universitetinin dosenti ADU-da mühazirə oxuyub FOTO

Azərbaycan Dillər Universitetində (ADU) universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Jalə Qəribovanın təşkilatçılığı ilə Ankara Universitetinin dosenti Ömər Kutlu "Bolonya süreci ve Yeterlikler" mövzusunda mühazirə oxuyub.

ADU-dan SİA-ya verilən məlumata görə, Universitetin professor-müəllim heyətinin iştirak etdiyi mühazirədə Ö.Kutlu "Bilgi-becerik-yetkinlik" adlı slayd nümayiş etdirib, Bolonya sisteminin tarixi, təhsilin müxtəlif sahələrində tətbiq olunması barədə ətraflı məlumat verib.

Mühazirə qarşılıqlı müzakirələrlə sona yetib.

Qeyd edək ki, Ö.Kutlu universitetlərarası əməkdaşlıq çərçivəsində ADU-da AYÖS (Ankara Üniversitesi Yabancı Uyruklu Öğrenci Sınavı) imtahanının təşkil olunması ilə əlaqədar ölkəmizə təşrif buyurub.

Bütün xəbərlər Facebook səhifəmizdə