Transfer.edu.az portalı ilə köçürülən tələbələr

Transfer.edu.az portalı ilə köçürülən tələbələr

Ötən ildən etibarən, təhsilalanların ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi elektron qaydada həyata keçirilir. Nazirlikdən SİA-ya verilən məlumata görə, Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi ilə birgə fəaliyyət çərçivəsində yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin edilməsi məqsədinə xidmət edir. Bu il ümumilikdə 497 nəfər köçürülmək üçün transfer.edu.az elektron portalına müraciət edib, 233 nəfər seçdikləri Ali təhsil müəssisələrinə köçürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə