Milli Məclisdə Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabatının müzakirələri davam edir. SİA-nın xəbərinə görə, müzakirələrdə çıxış edən deputat Sahib Əliyev qeyd edib ki, ötən il keçirilən islahatlar yaxın perspektivdə öz effektini göstərəcək: "Hökumətin fəaliyyətini qiymətləndirərkən təkcə iqtisadi tərəflərə önəm verməyimiz düzgün deyil. Ötən ilin aprel döyüşləri zamanı bir daha əmin olduq ki, Azərbaycan ordusu öz torpaqlarını geri qaytarmaq əzmindədir. Düşmən çoxlu sayda itki verir. Ermənilər Dağlıq Qarabağdan çıxıb gedirlər. Bu isə addım-addım torpaqlarımızın geri qaytarılması deməkdir".
Deputat ötən il ölkəmizin beynəlxalq sahəsində böyük uğurlar qazandığını dilə gətirib.
Hesabatla bağlı müsbət fikirlərini bildirən Tahir Kərimli söyləyib ki, neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, ölkəmiz çətin vəziyyətdən çıxa bilib.
Bir neçə təkliflə çıxış edən deputat söyləyib ki, Quba- Şamaxı yolunun təmir edilməsinin gecikməsi iqtisadiyyatımıza böyük təsir göstərir: Bu yolun təmiri tezləşdirilməlidir. Bundan başqa Ağsu aşırımının əsaslı təmir olunması da müsbət addım hesab edilə bilər. Tibbi sığorta ilə bağlı işlər genişləndirilsin".
T. Kərimli kreditlərin ən azı 3 hissəyə bölünməsini təklif edib: "Kreditlərin bir hissəsi dövlətin, digəri onu götürənin, üçüncü hissəsi isə bankların üzərinə düşsə yaxşı olar".
Deputat məktəblərdə kişi müəllimlərin çatışmazlığı ilə bağlı fikirlərini bildirib: "Kişi müəllimlərə stimullaşdırıcı addımlar atılmalıdır ki, onlar bu sahədə fəaliyyətə meyl göstərsinlər. Hazırda məktəblərdə kişi müəllimlərin sayı çox azdır. Olanlar da yaşlılardır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB