Martın 16-da "Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində Xaçmaz, Quba, Qusar, Tərtər, Ağsu, Qobustan və Ağdaş rayonlarının ümumilikdə 300-dən çox məktəblisi Lənkəran şəhərində olub. SİA-nın məlumatına görə, aksiya iştirakçıları Heydər Əliyev Xatirə Parkında Lənkəran Şəhər İcra Hakimiyyətinin, rayon təhsil şöbəsinin məsul işçiləri və ictimaiyyət nümayəndələri tərəfindən qarşılanıblar. Daha sonra tur iştirakçıları Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzi, Gənclər Mərkəzi və Bayraq Meydanı ilə tanış olublar.
Aksiya iştirakşılarının Lənkəranla tanışlığı sabah davam etdiriləcək.
S.Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB