Mikayıl Cabbarov Kaxa Şengeliya ilə görüşüb

Mikayıl Cabbarov Kaxa Şengeliya ilə görüşüb

Bu gün təhsil naziri Mikayıl Cabbarov Universitet Prezidentləri Beynəlxalq Assosiasiyasının (IAUP) yeni seçilmiş sədri Kaxa Şengeliya ilə görüşüb. Nazirlikdən verilən məlumatda deyilir ki, görüşdə M.Cabbarov qonağı üçillik müddətə IAUP–un sədri seçilməsi münasibəti ilə təbrik edib, fəaliyyətində uğurlar arzulayıb.

Sonra Azərbaycan ali təhsil müəssisələrinin IAUP ilə gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə