Bu il I sinfə qəbulla bağlı yeniliklər edilib. SİA-nın xəbərinə görə, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnformasiya təminatı sektorunun müdiri İlhamə Abdullayeva 2017-2018-ci tədris ili üzrə Bakının ümumtəhsil müəssisələrinə 1-ci sinfə şagird qəbulu ilə bağlı keçirilən mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, bu il Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrinə 1-ci sinfə qəbul zamanı valideynlər elektron ərizələrində arzu etdikləri müəllimləri seçə biləcəklər: "Sistem ilk müraciət edən 25 uşağı qəbul edəcək. Normativ yerinə yetdikdən sonra valideynlər digər müəllimləri seçə bilərlər".
"Əgər valideyn elektron ərizəsində həmin məktəbin adını qeyd edibsə və məktəbin mikroərazisində yaşayırsa, o zaman uşaq bu məktəblərə müsabiqədən kənar qəbul oluna biləcəklər. Digər uşaqlar isə qəbul olunmuş qaydalara uyğun olaraq, müsahibədə iştirak edəcəklər. Məktəb direktoru uşağın bu ərazidə yaşayıb-yaşamamasını yoxlamaq hüququndan məhrumdur. Bu, sistem tərəfindən yoxlanacaq. Mikroərazidə yaşayan valideynlərin uşaqlarının müsabiqədən kənar qəbul məsələsi 3 məktəbə şamil edilməyəcək və onlar bu sırada istisnalıq təşkil edəcək. Həmin məktəblər "Avropa" liseyi, Bülbül adına orta ixtisas məktəbi və Bakı İncəsənət Gimnaziyasıdır"- deyə, sektor müdiri əlavə edib.
İ.Abdullayeva vuğulayıb ki, bu il valideynlərin adi ümumtəhsil müəssislərinə sənəd təqdim edərkən özləri ilə uşaqlarını gətirməsinə ehtiyac olmayacaq: "Bu isə o deməkdir ki, uşaqlar üçün müsahibə keçirilməyəcək. 6 yaşı sentyabrın 16-dan dekabrın 31-dək tamam olan və dövlət ümumtəhsil müəssisələrinin məktəbəhazırlıq kurslarına cəlb olunan uşaqlar dövlət məktəblərinin 1-ci sinfinə müsabiqədən kənar qəbul olunacaqlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB