Ali məktəbə yeni rektor təyin edildi

Ali məktəbə yeni rektor təyin edildi

Azərbaycan Universitetinə yeni rektor təyin edilib. Ali məktəbdən SİA-ya verilən xəbərə görə, universitetin əvvəlki rektoru Fərid Əhmədov gələcək karyera və elmi fəaliyyətinin davam etdirilməsi ilə əlaqədar öz ərizəsi ilə vəzifəsindən azad olunub. Azərbaycan Universitetinin rektoru vəzifəsinə Səadət Əliyeva təyin edilib. Səadət Əliyeva uzun illər Universitetdə çalışıb, təcrübəli pedaqoqdur. Yeni rektor artıq kollektivə təqdim olunub.

Qeyd edək ki, Azərbaycan Universiteti 1991-ci ildə təsis olunub. Universitetdə bakalavriat pilləsində 19 ixtisas, magistraturada 9 ixtisaslaşma, doktorantura (dissertantura) səviyyəsində 15 ixtisas üzrə 1299 bakalavriat, 63 magistrant, 24 doktorant və 42 dissertant təhsil alır.

Bütün xəbərlər Facebook səhifəmizdə