İslandiyalı mütəxəssis ADU-da mühazirə oxuyub

İslandiyalı mütəxəssis ADU-da mühazirə oxuyub

Azərbaycan Dillər Universitetində (ADU) universitetin Skandinaviya Mərkəzinin və Beynəlxalq şöbənin birgə təşkilatçılığı ilə Yaxın Şərq Araşdırmalar Mərkəzinin direktoru, İslandiya Universitetinin əməkdaşı Thorir Harundal "Ərəb mənbələrində ruslar (vikinqlər)" mövzusunda mühazirə oxuyub. ADU-dan SİA-ya verilən məlumata görə, Skandinaviya Mərkəzinin baş mütəxəssisi Vüsalə Əfəndiyeva qonaqları salamlayaraq tədbirdə iştirak etdikləri üçün təşəkkür edib.

Daha sonra çıxış edən Thorir Harundal ADU-da olmaqdan məmnun olduğunu bildirib. O, öz araşdırması haqqında mühazirə oxuyacağını qeyd edib.

T.Harundal IX - X əsrlərdə Skandinaviyanın Şərqi Avropa hissəsində ərəb coğrafiyası və tarixi haqqında mənbələrin tapıldığını bildirib. O, bəzi ərəb mənbələrində vikinqlərə ruslar kimi müraciət olunduğunu deyib. T.Harundal ərəb mənbələri ilə yanaşı qeyri-ərəb mənbələrində də vikinqlər haqqında müxtəlif məlumatların olduğunu vurğulayıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə