Bakı Ali Neft Məktəbində (BANM) 8 mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib. BANM-dan SİA-ya verilən məlumata görə, tədbirdə rektor Elmar Qasımov, Ali Məktəbin professor-müəllim heyəti və tələbələri iştirak edib. Elmar Qasımov BANM-da çalışan xanım əməkdaşların timsalında bütün Azərbaycan xanımlarını 8 mart - Beynəlxalq qadınlar günü münasibəti ilə təbrik edib: "Əvvəllər, qadından danışanda onun evdarlığı və ailəsinə diqqəti önə çəkilirdisə, bu gün Azərbaycan qadını həyatın bütün sahəsində öncüldür və tanınmaqdadır".
Rektor Şərqdə ilk dəfə Azərbaycan qadınlarının səs hüququnu əldə etdiyini deyib.
Tədbir musiqili konsert proqramı ilə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB