UNEC-in struktur vahidləri üzrə daxili audit keçiriləcək

UNEC-in struktur vahidləri üzrə daxili audit keçiriləcək

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ISO 9001:2008 "Keyfiyyəti İdarəetmə Sistemi" beynəlxalq standartının UNEC-də tətbiq edilməsi ilə əlaqədar auditorlardan ibarət işçi qrupu yaradılıb və sistemli tədbirlər planı təsdiqlənib. SİA-nın xəbərinə görə, UNEC-dən verilən məlumatda deyilir ki, tədbirlər planına uyğun olaraq, martın 6-dan 30-dək universitetin struktur vahidləri üzrə daxili audit keçirilməsi nəzərdə tutulur. Bunun üçün tələb olunan normativ sənədlər və metodik vasitələr işçi qrupu tərəfindən hazırlanıb və auditin keçirilməsi ilə əlaqədar bildirişlər strukturlara göndərilib.

Daxili auditə hazırlıqla əlaqədar olaraq, işçi qrupunun ilk iclası keçirilib və görüləcək işlər müzakirə edilib. Audit zamanı struktur vahidləri üzrə müşahidə olunan məlumatlar ümumiləşdirilməklə yekun hesabat hazırlanacaq və universitet rəhbərliyinə təqdim ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə