ABŞ-da təhsil üzrə regional əlaqələndirici Ketrin Skodova beynəlxalq əməkdaşlıq çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub. UNEC-dən bildiriblər ki, görüşdə bu ali məktəblə ABŞ universitetləri arasında beynəlxalq əməkdaşlığın qurulması müzakirə edilib. Birgə layihə və proqramların işlənib hazırlanması təklif olunub.
Beynəlxalq İqtisadiyyat Məktəbi, "SABAH" qrupları, UNEC Biznes Məktəbi, tədrisin keyfiyyətinin qiymətləndirilməsi və idarəedilməsi mərkəzi ilə tanış olan qonaq UNEC-in infrastrukturundan və tədris prosesinin təşkilindən məmnunluğunu bildirib.
K.Skodova birgə əməkdaşlıq üçün yüksək inkişaf perspektivlərinin olduğunu qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB