Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetində bölgələrdə yerləşən məktəbdənkənar təhsil müəssisələrinin pedaqoji heyətinin bilik və bacarıqlarının qiymətləndirilməsi keçirilib. Təhsil Nazirliyindən SİA-ya verilən xəbərə görə, 3 gün davam edən qiymətləndirmədə 3616 nəfər müəllim iştirak edərək regionlar üzrə pedaqoji işçi heyətinin ümumi sayının 88,32 %-ni təşkil edib.
15 istiqamət üzrə aparılan qiymətləndirmədə məntiqi düşünmə və pedaqoji qabiliyyət, peşə-ixtisas, informasiya-kommunikasiya texnologiyaları üzrə biliklər və psixoloji xüsusiyyətlər yoxlanılıb.
Pedaqoji heyətə 90 dəqiqə ərzində 60 sual təqdim olunub.
Ölkə üzrə məktəbdənkənar təhsil müəssisələrinin sayının optimallaşdırılması zamanı müəssisələrin yeni tərkibinin müəyyənləşdirilməsi üçün imtahan nəticələri nəzərə alınacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB