Qəbul imtahanlarına hazırlaşanlar üçün vəsait nəşr edib

Qəbul imtahanlarına hazırlaşanlar üçün vəsait nəşr edib

Dövlət İmtahan Mərkəzi (DİM) "Abituriyent" jurnalının xüsusi buraxılışlarında ümumi təhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün "Azərbaycan dili" və "РУССКИЙ ЯЗЫК" fənləri üzrə vəsaitləri nəşr edib. DİM-dən SİA-ya verilən məlumata görə, vəsaitlər buraxılış imtahanlarına hazırlaşan IX və XI sinif şagirdləri, eləcə də qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün etibarlı mənbədir.Vəsaitlər iki hissədən ibarətdir. Birinci hissədə sinfin yeni təhsil proqramı (kurikulum) və dərsliyinə əsaslanan qiymətləndirmə tapşırıqları, ikinci hissədə isə qapalı və açıq tipli test tapşırıqları dərc edilib.

Vəsaitlərdən ümumi təhsil müəssisələrində qiymətləndirmə vasitəsi kimi, pedaqoji yönümlü ali təhsil müəssisələrində və müəllimlər üçün təlim kurslarında metodiki material kimi istifadə oluna bilər.

Vəsaitləri DİM-in binalarındakı "Abituriyent" satış köşklərindən, kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə