Bu gün Kiyev vilayətinin Vasilkov şəhərindəki 8 saylı tam orta məktəbdə "Peşə seçimini nə vaxt etməli?" mövzusunda tədbir kecirilib. SİA-nın Ukrayna bürosunun verdiyi məlumata görə, tədbirə bir çox yerli mətbuat orqanları ilə yanaşı SİA-nın Ukrayna bürosu da dəvət alıb.
Tədbir 9-cu sinif şagirdlərinin peşə seçimində fəallığını artırmaq üçün məhz həmin sinif şagirdlərinin iştiraki ilə keçirilib. Tədbirdə ilk çıxış edən 9 "b" sinifinin rəhbəri Yelena Qriqoryevna deyib: "Əziz valideyinlər, çox hörmətli mətbuat işçiləri, müəllim və şagirdlər, bu tədbiri təşkil etməkdə məqsədimiz yeniyetmələrimizin peşə seçimində diqqətli olmalarına, düzgün seçim etmələrinə fikirlərini yönəltməkdir. Bu il 9-cu sinif şagirdlərinin buraxılış imtahanları olacaq və bu da o deməkdir ki, kimlərsə təhsillə vidalaşacaq, hər hansı bir peşəyə sahib olmaq üçün orta məktəbimizdən ayrılacaqdır. Odur ki, biz şagirdlərimizlə birgə sizlər üçün bir neçə peşə sahibləri haqqında qısa məlumat verəcəyik."
Daha sonra şagirdlər peşə seçimi ilə əlaqədər hazırladıqları fikirlərini səsləndirdilər. Çıxışlar zamanı kimisi proqramist, bərbər, aşbaz, həkim, çilingər, müəllim və jurnalist olmaq istəyini, bəzi şagirdlər isə hələ də seçim etmədiklərini vurğuladılar.
Daha sonra tədbirdə 9-a sinif rəhbəri Lyudmila Mikolayevna, ingilis dili məllimi Viktoriya Yaşuk, direktorun tədris üzrə mavini Olena Mozurenno, təşkilatçı müəllimə Olqa Petrivna çıxış edərək peşə seçimində çox diqqətli olmağı, xüsusən seçim vaxtı, peşəyə sevərək gəlməyi, qohum və dostların məsləhəti ilə deyil, məhz öz ürəklərinin səslərinə qulaq asmalarını tövsiyyə etdilər. Bundan sonra tədbirdə məktəbin direktoru Svetlana Mikolayevna çıxış edərək, bu kimi tədbirlərin tez-tez keçirilməsini və bunun şagirdlərin peşə seçimində yaxşı rol oynayacagına əmin olduğunu vurquladı: "Mən məktəbimizin çox millətli şagirdləri adından tədbirə gələn hər bir qonağa öz minnətdarlığımı bildirirəm. Biz bu gün video materiallara baxarkən bir çox peşələrlə tanış olduq. Buradan belə məlum oldu ki, bütün peşələr vacibdir və insanların rahat yaşamasına xidmət edir. Bugün qonaqlarımız arasında çox çətin peşə sahiblərindən biridə mətbuat işçiləridi. Mən onların hər birini salamlayıram. Çox istəyirəm ki, tədbirimizdə iştirak edən, Azərbaycan mətbuatının təmsilçisi Əlmaniz Ələkbərli də öz vəzifə və peşəsiylə bağlı bizə qısa məlumat versin. Hesab edirəm ki, hər birimiz üçün, xüsusən də doqquzunçular üçün bu peşə sahibinin fikirləri çox maraqlı olardi.
SİA-nın Şərqi Avropa ölkələri və Ukrayna bürosunun rəhbəri Əlmaniz Ələkbərli tədbir iştirakçılarını salamlayaraq bir çox məqamlara toxunub: Jurnalist peşəsi çətin və şərəfli peşədir. Jurnalist peşəsində qaynar nöqtələrdən operativ xəbərlər verməklə yanaşı təhsil, səhiyyə, mədəniyyət, iqtisadiyyat və bir çox sahələrdə görülən işlərdən də məqalələr yazılaraq oxucuların diqqətinə çatdırılır. Bundan əlavə hər hansı bir sahədəki neqativ hallardan məqalələr yazaraq aidiyyati orqanları, ictimaiyyəti, yəni sizləri daha tez məlumatlandırırlar. Əsas məsələ daha dəqiq məlumat və operativlikdir. Bilirsiniz ki, Mətbuata 4-cü hakimiyyət də deyirlər, mətbuatın cəmiyyətimizin maariflənməsində rolu böyükdür. Mən Ukraynada işlədiyim dövrdə təhsil sahəsində olan yeniliklərdən dəfələrlə yazmışam. Lakin bir çox sahələrdə olduğu kimi bu sahədə də problemlərimiz çoxdur. Bu gün səhər Vasilkov şəhərinin meri Vladimir İvanoviç Sabodaşla görüşüb söhbət etdim və məni narahat edən bir çox probemləri onunla birgə müzakirə etdik. Problemlərdən ən başlıcası məktəbli uşaqların tütünə və spirtli içkiyə meyilli olmalarıdır. Mən hər gün qarşıma çıxan onlarla məktəblinin əlində siqaret və yaxud pivə şüşəsi görəndə çox həyəcan keçirirəm. Hesab edirəm ki, bu sahədə məktəblərimizdə təbliğat, maarifləndirmə işləri həddindən çox zəifdir. Bu məsələni şəhərin Meri ilə danışdığım üçün hesab edirəm ki, geniş müzakirə etməyə lüzum yoxdur. Mən şəhər rəhbərinə bu sahədə Azərbaycanın təcrübəsindən istifadə etməyi təklif etdim və çox hörmətli həkim Asif Kəngərlinin siqaret, spirtli içkilər və narkomaniya haqqında yazdığı "Bəla" və "Zəhrimar" adlı kitablarını (rus dilində ) şəhər rəhbərliyinə təqdim etdim. Hesab edirəm ki, çox yaxın günlərdə bu sahədə də görülən işlər öz bəhrəsini verəcəkdir. O ki, qaldi peşə seçimlərində fəallığa, Azərbaycan xalqının böyük şairi Nizami Gəncəvi deyib ki, " Yarımçı Papaqçıdan-Kamil Palançı yaxşıdır". Hər hansı bir sahəyə müraciət edərkən, peşə sahibi olmaq istəyərkən, əvvəlcə o peşəni sevməlisiniz. Çıxışımın sonunda mətbuat işçisi olaraq mənə söz verdiyinizə görə sizə dərin təşəkkürümü bildirirəm.
Məlumata görə, içərisində azərbaycanlıların da olduğu 8 saylı məktəbdəki tədbir şagirdlərin hazırladığı xüsusi çıxışdan sonra yekunlaşıb.
SİA-nın Ukrayna Bürosu.






Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB