Bu il abituriyentlərə iki şans veriləcək

Bu il abituriyentlərə iki şans veriləcək

"Bu il abituriyentlərə bir yox, iki şans veriləcək. Gələcəkdə belə imkanlar ola bilsin artacaq". SİA-nın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib. Qəbul qaydalarının hökumət tərəfindən təsdiqləndiyini deyən direktorlar şurasının sədri söyləyib ki, yeni qaydalara görə, abituriyentlər bu il I və IV qrupa iki dəfə qəbul imtahanında iştirak edə bilər: "Birinci cəhddə imtahan haqqını dövlət ödəyəcək. İkinci cəhdi isə o, özü ödəməli olacaq".

İmtahana davamiyyətə gəlincə M.Abbaszadə qeyd edib ki, keçən ilki imtahanlarda 8,4 faiz abituriyent imtahana ərizə verərək buraxılış vərəqi alsa da, imtahana gəlməyib: "Müəyyən imtahanlarda isə göstəricilər bir az fərqli olub. Belə ki, texnikumlara (11 illik) ərizə verənlərdən 20 faiz abituriyent imtahana yazılsa da, iştirak etməyib. IX siniflərdən texnikuma ərizə verən 15 faiz abituriyent gəlməyib".

Bütün xəbərlər Facebook səhifəmizdə