Dövlət İmtahan Mərkəzinin (DİM) elektron xidmətlərindən faydalanmaq üçün istifadə olunan ödəniş üsulları açıqlanıb. DİM-dən SİA-ya verilən məlumata görə, "Şəxsi kabinetin" hesabına lazımi miqdarda vəsait əlavə etmək üçün müxtəlif ödəniş üsullarından yararlanmaq olar: ödəniş sistemlərinin veb portalları (Hökumət ödəniş portalı, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ödəniş sistemi, GoldenPay, EasyPay, Mobile Payment Systems), ödəniş sistemlərinin özünəxidmət kioskları, poçt şöbələrində; SMS vəsitəsilə. Sınaq imtahanlarına yazılmaq üçün ödəmə kartlarını "Şəxsi kabinet"dən və SMS-lə əldə etmək olar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB