Məleykə Abbaszadə: "Prezidentin sərəncamı 70 min gənci əhatə edəcək"
"Prezidentin fevralın 24-də imzaladığı sərəncam 70 min gənci əhatə edəcək. Bu gənclər imtahanda pulsuz iştirak edə biləcəklər. SİA-nın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, sərəncam builki abituriyentlər üçün faydalı olacaq: "Sərəncama əsasən ilk dəfə ali məktəbə sənəd təqdim edənlər imtahanda ödənişsiz iştirak edəcək. Lakin ikinci dəfə sənəd verənlər imtahanda iştirak etmək üçün vəsait ödəyəcəklər".
M.Abbaszadə qeyd edib ki, DİM tərəfindən rezidentura və magistraturaya aid jurnallar işıq üzü görüb, bu həftə isə bakalavriat üzrə jurnallar işıq üzü görəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB