Fransanın və Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfirliklərinin dəstəyi ilə UNEC müəllimləri üçün təşkil edilən qış məktəbi başa çatıb. UNEC-dən bildiriblər ki, bu ali məktəbin Quba Tədris, İdman və İstirahət Kompleksində keçirilən qış məktəbində Paris-Sorbon Əbu-Dabi Universitetinin professoru Rida Ballaik Hourani və Litz David Riçard 115 müəllimə təlim keçiblər.
Dörd gün davam edən təlimlərdə müəllimlər müasir sillabusların hazırlanması, mühazirə və seminarların səmərəli idarəedilməsi, auditoriyanın idarəedilməsində liderlik bacarıqlarının nümayiş etdirilməsi, biliyin tələbələrə ötürülməsində müasir İKT metodlarının istifadəsi və digər bu kimi mövzularda bilik və bacarıqlarını təkmilləşdiriblər. UNEC müəllimləri qış məktəbində nəzəri biliklərlə yanaşı, həm də simulyasiya oyunları, liderlik, "snagit" və "ePortfolios" kimi praktik nümunələrlə də tanış olublar.
Təlimlərdə iştirak edən UNEC müəllimlərinə sertifikatlar Fransanın səfirliyində təqdim ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB