Fevralın 13-də təhsil naziri Mikayıl Cabbarov Yaponiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Tsuquo Takahaşi ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, səfir Takahaşi Azərbaycanda diplomatik fəaliyyətinin başa çatdığını qeyd edib.
Nazir səfirə fəaliyyəti ərzində iki ölkə arasında təhsil əlaqələrinin daha da genişləndirilməsində göstərdiyi səylərə görə təşəkkürünü bildirib.
Görüş zamanı, həmçinin Azərbaycan və Yaponiya arasında təhsil sahəsində əlaqələrin mövcud vəziyyəti və inkişafı məsələləri müzakirə olunub.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB