Daha bir tələbə təhsilini Türkiyədə davam etdirəcək

Daha bir tələbə təhsilini Türkiyədə davam etdirəcək

Fevralın 10-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Erasmus+ proqramı çərçivəsində təhsilini Türkiyənin Orta Doğu Texniki Universitetində davam etdirəcək, informasiya texnologiyaları və idarəetmə fakültəsinin üçüncü kurs tələbəsi Mürşüd Əzimovla görüşüb. ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə professor M.Babanlı universitetdə tələbə mübadiləsi sahəsində əməkdaşlığa xüsusi önəm verildiyini, tələbələrin təhsillərini nüfuzlu xarici ali təhsil müəssisələrində davam etdirmək imkanı qazanmalarının əhəmiyyətini vurğulayıb. Rektor M.Əzimovla tövsiyələrini verib, uğurlar arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə