Məleykə Abbaszadə qəbul keçirəcək

Məleykə Abbaszadə qəbul keçirəcək

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə fevralın 17-də Astara şəhərində vətəndaşlarla görüş keçirəcək. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, aAstara şəhərində keçiriləcək qəbulda Yardımlı, Cəlilabad, Biləsuvar, Lənkəran, Lerik, Astara və Masallı rayon sakinləri iştirak edə bilərlər.

Astara şəhərində qəbul fevral ayının 17-də saat 12:00-da Astara şəhər Heydər Əliyev Mərkəzində (Ünvan: Astara şəhəri, Azərbaycan küçəsi 26 B) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşların Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (http://eservices.tqdk.gov.az/sedrinqebulu/) və ya Dövlət İmtahan Mərkəzinin Lənkəran regional bölməsinə şəxsiyyət vəsiqəsilə birlikdə (ünvan: Lənkəran ş., H.Aslanov xiyabanı 52, telefon: (025 25) 5 24 82 ) müraciət etmələri xahiş olunur.

Bundan əlavə, qeydiyyata yazılmaq istəyən vətəndaşlar Yardımlı, Cəlilabad, Biləsuvar, Lerik, Astara və Masallı rayon təhsil şöbələrinə müraciətə edə bilərlər.

Qeyd: Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə