"Ali təhsil müəssisələrində tələbələrin sayı getdikcə artacaq". SİA-nın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Təhsil Nazirliyinə ali təhsil müəssisələri tərəfindən edilən müraciətlər əsasında bu il hökumətə ali təhsil sistemində hazırlıq ilinin tədbiqi şərti ilə ali təhsil müəssisələrinə qəbulun genişləndirilməsinə dair yəni qəbul olan tələbələrin sayının artırılmasına dair təkliflər təqdim olunub: "Hazırda həmin təklifə hökumətdə baxılır. Bu dəyişiklik qəbul olunduğu təqdirdə bizim ölkədə də ali təhsil səviyyəsinə qəbul olan tələbələrin sayı nisbətən artacaq və yüksək akademik nailiyyətlər göstərən tələbələr öz tədrisinə dərhal başlaya biləcəklər. Zəruri bilik səviyyəsi nümayiş etdirə bilməyən, lakin ali təhsilə meyilli olan və ali təhsil almaq istəyən tələbələr bir sıra ixtisaslar üzrə ali məktəblərin nəzdində xüsusi hazırlıq kursları keçdikdən sonra ali təhsilə yiyələnə biləcəklər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB