"Azərbaycandakı tələbə kredit təcrübəsindən dünya ölkələri bəhrələnə bilər" DÜNYA BANKI
"Dünya Bankı Təhsil Nazrliyi, hökumətlə çalışmaqda qərarlıdır və sahəyə yenilik gətirə bilər". SİA-nın xəbərinə görə bunu Dünya Bankının Azərbaycan üzrə meneceri Navid Həsən Naqvi tələbə kreditləri ilə bağlı keçirilən tədbirdə çıxış edərkən deyib. "Maarrifçi" Tələbə Kredit Fondu ilə əməkdaşlıq etdiklərini dilə gətirən menecer qeyd edib ki, bank bu sistemi daha təkmil formaya sala bilər: "Azərbaycanda ali təhsil sistemindən bəhrələnənlərin sayı çox olsa da, digər ölkələrdə vəziyyət daha yaxşıdır. Kredit sisteminin tətbiqi bu sahədə böyük addımdır. Ali təhsil mobil çevikliyin tətbiqində əsas amillərdəndir. Azərbaycan əhalisi gəncdir burada varlı təbəqə ilə yanaşı kasıb təbəqə də var. Onlar bu layihədən bəhrələnməlidirlər. Biz bu yolda sizə köməklik göstərməyə hazırıq".
Daha sonra çıxış edən Dünya Bankının Təhsil üzrə eksperti Kristian Aedo bu cür tədbirlərin keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini dilə gətirib: "Biz kredit sistemini ali məktəblərə çıxış əldə edə bilmişik. Dünyanın digər ölkələri bu təcrübədən bəhrələnə bilər. Borc götürən tələbələrin faiz yükü azaldılıb. Nazirlik bu sahədə bizə məlumat verdikdə onlara analitik dəstəyin göstərilməsi qərarına gəldik. Biz kreditlərin verilməsi ilə bağlı bütün məsələləri müzakirə edərək, bu sahədə ən yaxşı təcrübələri nazirliyə sonda tətbiq etdik ki onlar bunlardan istifadə etsinlər. Bu sistemi başqa ölkələrdə də yaya bilərik. Məqsədimiz bu kredit sisteminin daha faydalı olmasıdır. Hələ ki, bundan az tələbə yararlana bilib. Bunu genişləndirməyi düşünməliyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB