Ali məktəblərdə mövcud vəsaitin 82 faizi əmək haqlarına sərf olunur

Ali məktəblərdə mövcud vəsaitin 82 faizi əmək haqlarına sərf olunur

"Bu gün ali məktəblərdə mövcud olan vəsaitin 80-82 faizi əmək haqlarının ödənilməsinə sərf olunur". SİA-nın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov tələbə kreditləri ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı deyib. Qalan vəsaitlərlə isə digər ehtiyacların ödənildiyini deyən nazir bunun kifayət qədər mürəkkəb məsələ olduğunu dilə gətirib. Nazir bildirib ki, bunu nəzərə alaraq ali məktəblər "Maarifçi" Tələbə Kredit Fondu vasitəsilə tələbələrə kreditin verilməsi üçün öhdəlik götürüb. Burada əsas məqsəd hansısa şəkildə gəlir götürmək deyil, tələbələrə təhsili davam etdirib başa çatdırmaq imkanı verməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə