Nazir: "Tələbə kreditlərinin uzunmüddətli olması bura maliyyənin cəlb edilməsi ilə bağlıdır"
"Bir neçə ilin əvvəlki təhsil sisteminin islahatı ilə bağlı danışarkən ən böyük müşahidələrdən biri o idi ki, bizim təhsil sistemimizin infrastrukturunun bir çox hallarda nəinki müasirləşdirilməsi, yaradılması zəruri idi". SİA-nın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov tələbə kreditləri ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı deyib. Nazir bikdirib ki, müşahidələrin nəticəsində müasir təhsil sistemlərində olan çevik alətlərin və mexanizmlərin ali təhsil sistemində o dövrdə olmaması problemi aşkarlanıb: "Bunun da bir çox səbəbləri olub. Biri kənar faktorlarla bağlıdır. Yəni, bizim təhsil sisteminin dizayn və quruculuğu olan dövrdə kontekst bir idi. Burada bilik iqtisadiyyatının mövcudluğunu, yeni şəraitdə təhsil müəsssislərinin müxtariyyətinin artırılması, akademik mobillik, istər təhsilalan və təhsilverənlərin artıq fiiziki məkana, yəni ali təhsil müəssisəsinə deyil, təhsil prosesinin daha çevik və sərhəd tanımayan prosesə çevrilməsi əsas idi".
M.Cabbarov qeyd edib ki, Azərbaycanda mövcud ali təhsil sistemi bir neçə ildir ki, sırf təsərrüfat fəaliyəti göstərən sistemdir: "Azərbaycanın iqtisadi və digər sahələri ilə müqayisədə dövlət universitetlərində bu kifayət qədər mütərəqqi modeldir. Bunun səbəbi dövlətlə ali təhsil müəssisələri arasında münasibətin adambaşına maliyyə prinsipi ilə qurulmasıdır".
Hazırda təhsil infrastrukturunun yaradılması üçün çalışdıqlarını vurğulayan nazir bildirib ki, tələbələrin sosial qrupunun ali təhsilə çıxış imkanlarının təmin edilməs üçün vacib addımlar atılır: "Son 3 il yarım ərzində ali məktəblərin birgə fəaliyyəti nəticəsində uğurlu layihələr həyata keçirilib. "SABAH" qrupları layihəsi uğurla icra olunub və bu il ilk məzunları olacaq". Təhsil naziri deyib ki, iki ilin yekununda 100-dən artıq tələbə kreditdən yararlana bilib: "Bu layihənin gələcəkdə orta və uzunmüddətli olması bu məsələyə zəruri maliyyə vəsaitinin cəlb edilməsi ilə bağlıdır. Ali təhsil müəssisələri ilə məhdudlaşdırma bilmərik. Bu layihə dövlət siyasətinin bir hissəsi olduğuna görə burada dövlətin də payı olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB