Azərbaycanlı alimin kitabı Almaniyada nəşr edilib

Azərbaycanlı alimin kitabı Almaniyada nəşr edilib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İdarəetmə Sistemləri İnstitutunun Fuzzy iqtisadiyyat laboratoriyasının rəhbəri, professor Qorxmaz İmanovun "Milli davamlı inkişaf strategiyasının keyfiyyətinin qiymətləndirilməsi modeli" kitabı Almaniyanın tanınmış "LAP Lambert Academic Publishing" nəşriyyatında çapdan çıxıb.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, yeni nəşr Azərbaycanın milli davamlı inkişaf strategiyası keyfiyyətinin qiymətləndirilməsi üzrə qeyri-səlis modellər sisteminin işlənməsinə həsr olunub və görülən işlər akademiyanın rəyasət heyətinin qərarına əsasən yerinə yetirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə