Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, prof. Mustafa Babanlı üzvü olduğu Universitet Rektorları Beynəlxalq Assosiasiyasının yarımillik iclasında iştirak etmək üçün ABŞ və Meksikada səfərdədir. Universitetdən SİA-ya verilən əbərə görə, San Dieqo Universiteti (ABŞ) və CETYS Universitetinin (Meksika) həmtəşkilatçılığı ilə keçirilən və 1-5 fevral tarixlərində baş tutan tədbirin ilk günü açılış mərasimi ilə başlayıb.
Qeyd edək ki, Mustafa Babanlı 2016-cı ildən Universitet Rektorları Beynəlxalq Assosiasiyasının üzvüdür. Bu yaxınlarda qurum tərəfindən Mustafa Babanlının şəxsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə regional koordinatorluq və növbəti iclasın 2018-ci ildə Bakıda keçirilməsi təklif olunub.
.jpg)
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB