Mikayıl Cabbarov: "Tələbə könüllülərin güzəştlərə ehtiyacı yoxdur"

Mikayıl Cabbarov: "Tələbə könüllülərin güzəştlərə ehtiyacı yoxdur"

"Beynəlxalq yarışların keçirildiyi məkanlara yaxın yerləşən təhsil müəssəslərində həmin yarışların qrafiki nəzərə alınaraq xüsusi tədris rejimi tətbiq olunmasına baxıla bilrə. Bu istiqamətdə müəyyən işlər həyata keçirilir". SİA-nın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov bu gün keçirilən mətbuat konfransında deyib.

O, beynəlxalq yarışlarda könüllü kimi fəaliyyət göstərən tələbələrin imtahanlarda güzəştlərə ehtiyacları olmadığını bildirib: "Düşünmürəm ki, tələbə könüllülərin imtahanlarda hansısa güzəştlərə ehtiyacları var. Keçmişdə də belə müraciətlərlə rastlaşmamışıq. Tələbələrimizdə artıq könüllülük təcrübəsi mövcuddur. Biz öz könüllülərimizin, tələbələrimizin, ali təhil müəssəslərinimizin gücünüə inanmalı, onlara arxalanmalıəyıq".

Bütün xəbərlər Facebook səhifəmizdə