Nazir müavini: "Təhsil sahəsində bir sıra peşələr sıradan çıxır"
"Sosial-iqtisadi inkişafın tələblərinə uyğun olaraq, təhsil sahəsində bir sıra peşələr, bəzi hallarda təhsil sahələri sıradan çıxır, yaxud yeniləri ilə əvəzlənir". SİA-nın xəbərinə görə, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov UNEC-də keçirilən "Təhsilin sosial-iqtisadi inkişafda rolu" mövzusunda beynəlxalq elmi-praktiki konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu gün süni intellekt proqramları əqli əməyi əvəzləməkdədir: "Dünya İqtisadi Forumunun yeni iş yerləri ilə bağlı tədqiqatlarına əsasən, 2015-2020-ci illərdə ofis və inzibatı sahələrdə 4,8 milyon, istehsalatda 1,6 milyon, mədən və tikinti sahəsində 0,5 milyon iş yerinin azalması gözlənilir. Tədqiqatların nəticələrinə görə, biznes və maliyyə sahəsində yarım milyon, idarəetmə, kompüter və fundamental tətbiqi elmlər, marketinq, satış sahəsində yüz minlərlə yeni iş yerinin yaradılması planlaşdırılır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB