BANM ilə Meksika Neft İnstitutu arasında əməkdaşlıq müzakirə olunub
Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini ilə Bakı Ali Neft Məktəbinin(BANM) rektoru Elmar Qasımov arasında görüş keçirilib. SİA-ya səfirlikdən verilən məlumata görə, görüşdə diplomat Meksika Neft İnstitutunun BANM ilə əməkdaşlığın qurulması və rəsmiləşdirilməsində maraqlı olduğunu vurğulayıb. Səfir Labardininin sözlərinə görə, bu cür əməkdaşlığın yalnız institutlar arasında deyil, həmçinin, iki ölkə arasında yaradılması təbiidir, belə ki, Meksika və Azərbaycanda zəngin karbohidrogen yataqları mövcuddur.
Rektor isə öz növbəsində, Neft Məktəbinin xarici institutlarla əlaqələrindən danışıb, onların təcrübə zənginliyinə müsbət təsirini vurğulayıb. BANM ilə Meksika Neft İnstitutu arasında mümkün tələbə və tədqiqatçı mübadiləsinin aparılmasının əhəmiyyəti qeyd olunub. Tərəflər akademik hərəkətlilik, təcrübə mübadiləsi və birgə tədqiqatların həyata keçirilməsi üçün əməkdaşlıq yollarının qurulmasını vacib hesab ediblər.
Sonda bu müstəvidə əməkdaşlığın inkişafı üçün razılıq əldə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB