ADNSU-da Elmi Şuranın iclası keçirilib FOTOLAR

ADNSU-da Elmi Şuranın iclası keçirilib FOTOLAR

Yanvarın 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi Şuranın iclası keçirilib. Universitetdən SİA-ya verilən xəbərə görə, iclası açıq elan edən ADNSU-nun rektoru, professor Mustafa Babanlı gündəmdə duran məsələlərə keçməzdən əvvəl universitetin "Cihazqayırma" kafedrasında professor-məsləhətçi vəzifəsini tutan Nadir Fərzanəni 90 illik, AMEA-nın həqiqi üzvü, "Geofizika" kafedrasında professor-məsləhətçi vəzifəsini tutan Pərviz Məmədovun 80 illik və "Neft-kimya texnologiyası və sənaye ekologiyası" kafedrasında professor-məsləhətçi vəzifəsində çalışan Çingiz İbrahimovu 80 illik yubileyi münasibətilə təbrik edib.

İclasda tədris işləri üzrə prorektor, dosent Qasım Məmmədov ADNSU-da 2016/2017-ci tədris ilində qış imthan sessiyasının gedişatı barədə Elmi Şura üzvlərinə geniş məlumat verib.

Qaz-neft mədən fakültəsinin dekanı, professor Qafar İsmayılov illik hesabat verərək fakültədə son bir ildə həyata keçirilən yenilikləri Şura üzvlərinin diqqətinə çatdırıb.

ADNSU rektorunun müşaviri Ziya Əliyev "ADNSU-nun professor-müəllim heyətinə veriləcək əlavə maaşların hesablanması üçün təlimat"ın genişləndirilmiş, detallaşdırılmış, düzəlişlər edilmiş yeni versiyasını təqdim edib.

Elmi Şuranın iclasında həmçinin 2016/2017-ci tədris ilində doktoranturaya qəbulun nəticələri və 2017/2018-ci tədris ili üçün qəbula hazırlıq və proqnozlar, "Gündəlik təcrübə" layihəsinin hazırlanması üçün işçi qrupunun yaradılması və s. məsələlər müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə