“Ali təhsil haqqında” qanun layihəsi hazırlansın" TƏKLİF

“Ali təhsil haqqında” qanun layihəsi hazırlansın" TƏKLİF

"Azərbaycanda "Ali təhsil haqqında" qanun layihəsinin hazırlanması vacibdir. SİA-nın məlumatına görə, bu barədə Milli Məclisin (MM) Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında deputat Bəxtiyar Əliyev deyib.

Onun sözlərinə görə, ali təhsil haqqında ana xətlər "Təhsil haqqında" qanunda öz əksini tapıb lakin son illərdə ali təhsilin keyfiyyəti tamamilə dəyişib. Buna görə də bu təhsil səviyyəsi üzrə ayrıca qanunun hazırlanması lazımdır.

Bununla bağlı Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli də öz fikirlərini bildirib . O deyib ki, "Peşə təhsili haqqında" qanun layihəsi hazırlandıqdan sonra orta ümumtəhsil və ali təhsil haqqında qanun layihələrinin hazırlanması gündəmə gələcək.

"Qanun layihələri müvafiq olaraq mərhələlərlə hazırlanır. Biz ilk olaraq "Elm haqqında" qanun layihəsini qəbul etdik. Daha sonra "Məktəbəqədər təhsil haqqında" qanun layihəsi hazırlandı. Yaz sessiyasında bu qanun layihəsinin ikinci və üçüncü oxunuşda müzakirəyə çıxarılması nəzərdə tutulub. Yaz sessiyası dövründə "İlk peşə-ixtisas təhsili haqqında" qanun layihəsinin hazırlanması üzərində iş gedəcək. İlk peşə-ixtisas təhsili haqqında" qanun layihəsi hazırlandıqdan sonra orta ümumtəhsil və ali təhsil haqqında qanun layihələrinin hazırlanması gündəmə gələcək. Biz bu sahədə məntiqə uyğun, ardıcıllıqla fəaliyyət göstəririk".

Bütün xəbərlər Facebook səhifəmizdə