SAT-ın nəticələri bu gün açıqlanacaq

SAT-ın nəticələri bu gün açıqlanacaq

Dövlət İmtahan Mərkəzində yanvarın 21-də növbəti SAT imtahanları (2 fərqli SAT imtahanı: SAT, SAT esse) keçirilib. Mərkəzdən SİA-ya verilən xəbərə görə, imtahanlar DİM-in inzibati binasında təşkil olunmaqla təlimata uyğun keçirilib. İmtahanlarda 57 nəfərin iştirakı nəzərdə tutulsa da, 43 nəfər iştirak edib. İmtahanların gedişi zamanı iştirakçılara bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

İmtahan nəticələrinin fevralın 23-də elan olunması gözlənilir. Nəticələrlə https://sat.collegeboard.org/scoreslinkində tanış olmaq mümkün olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə