Mikayıl Cabbarov Ərəb Gözdən Əlillər Federasiyasının sədri ilə görüşüb

Mikayıl Cabbarov Ərəb Gözdən Əlillər Federasiyasının sədri ilə görüşüb

Yanvarın 18-də təhsil naziri Mikayıl Cabbarov Ərəb Gözdən Əlillər Federasiyasının sədri, Ərəb İnsan Hüquqları Cəmiyyətinin prezidenti Xalid bin Əli Əl-Nueymi ilə görüşüb.

Təhsil Nazirliyinin məlumatında deyilir ki, görüşdə Azərbaycanda gözdən əlillər üçün həyata keçirilən təhsil siyasətinə dair fikir mübadiləsi aparılıb, həmçinin "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın müəyyənləşdirdiyi hədəflərə uyğun əməkdaşlıq perspektivləri müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə