Bu gün Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. AMEA-nm prezidenti, akademik Akif Əlizadə iclası açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. Tədbirdə AMEA-nm Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirovun "Yer elmləri üzrə elmi tədqiqatların vəziyyəti və gələcək inkişaf istiqamətləri" mövzusunda məruzəsi dinlənilib. Alim son illər yer elmlərinin müxtəlif istiqamətlər üzrə aparılan elmi tədqiqatlarının vəziyyəti və inkişaf perspektivləri, eləcə də əldə edilmiş əsas elmi nəticələrə dair təqdimatla çıxış edib. Məruzə dinlənildikdən sonra Rəyasət Heyətində müzakirə olunub. Bölmənin tərkibinə daxil olan elmi müəssisələrə fəaliyyətlərinin səmərəliyini yüksəltmək üçün ortaq mültidissiplinar proqram və layihələrin hazırlanması, magistratura və doktorantura üzrə kadr hazırlığınm perspektiv elmi istiqamətlərə uyğun olaraq aparılması və digər məsələlərə dair tapşırıqlar verilib.
İclasda akademik Akif Əlizadə "AMEA-nm professoru" Fəxri elmi adımn təsis edilməsi məsələsi ilə bağlı çıxış edib. Akademik son illər alimlərin elmi, elmi-təşkilati və elmi-pedaqoji fəaliyyətinin layiqincə qiymətləndirilməsi, onların əməyinin stimullaşdırılması yönündə islahatların həyata keçirildiyini, yeni fəxri ad, diplom və mükafatların təsis edildiyini diqqətə çadırıb. AMEA prezidenti vurğulayıb ki, akademik professor fəxri elmi adı miili və beynəlxalq səviyyədə yiiksək elmi nailiyyətlər əldə etmiş, uzun illər AMEA- nın əsas funksiya və vəzifələrinin həyata keçiriiməsində xüsusi xidmətlər göstərmiş Azərbaycan alimlərinin əməyinin qiymətləndirilməsi məqsədiiə təsis olunur. Məsələ müzakirə olunduqdan sonra yeni fəxri ad təsis edilib. Onun Əsasnaməsinin hazırlanması üçün İşçi qrup yaradılıb.
Tədbirdə Respublika Eimi Tədqiqatların Əlaqələndirilməsi Şurası üçün informasiya sistemlərinin yaradılması haqqında məsələyə baxılıb. Bununla bağlı çıxış edən AMEA-nm akademik-katibi, akademik Rasim Əliquliyev respublikanm elmi qurumlarında aparılan elmi tədqiqatların təşkili və idarə olunmasında bəzi çətinliklərin yarandığım deyib. Akademik bunun aradan qaldırılması məqsədilə AMEA-da elektron elmin formalaşdırılmasmın fəaliyyət planına uyğun oiaraq adıçəkilən Şuranın fəaliyyətinə dəstək kimi öikə üzrə elmi problemlərin və dissertasiya mövzularmın reyestrlərinin (informasiya sistemlərinin) yaradılmasının zəruriliyini bildirib. AMEA Rəyasət Heyətinin müvafiq qərarı ilə Respublika Eimi Tədqiqatların Əlaqələndirilməsi Şurasınm və Elmi problemlər üzrə elmi şuraların veb-saytiarının yaradıldığını qeyd edən akademik R.Əliquliyev bu resurslarda miintəzəm olaraq öz əksini tapan məlumatların analizinin elmin idarə olunması məsələiərinin həllinə öz dəstəyini verəcəyini söyləyib. Akademik-katib qeyd edib ki, elmi problemlər və dissertasiya mövzuları haqqında məlumatların yeni yaradılacaq informasiya sistemlərində saxlanılması respubiikada elmi-tədqiqatların təşkili, əlaqələndirilməsi, idarə olunması, monitorinqi və qiymətləndirilməsi, büdcə vəsaitlərinin təyinatlı və səmərəli istifadə edilməsi, təkrarçıhğın aşkarlanması və aradan qaidırılmasında miihüm rol oynayacaq. Akademik informasiya sistemlərinin AMEA-nm DATA mərkəzində yerləşdirilməsi ilə onların informasiya təhlükəsizliyinin təmin ediləcəyini, eyni zamanda bu sistemiərə onlayn çıxış imkanlarının olacağmı da əlavə edib.
Qeyd olunanları nəzərə alaraq Rəyasət Heyəti, AMEA-nm İnformasiya Texnologiyaları İnstitutuna Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası üçiin "Elmi probiemlər reyestri" və "Dissertasiya mövzuları reyestri" informasiya sistemlərinin yaradılması və bu istiqamətdə müvafiq işlərin görülməsi barədə tapşırıq verib.
Rəyasət Heyəti iclasda Milli Terminoloji İnformasiya Sisteminin konsepsiyası və veb-portalı ilə bağlı məsələni də müzakirə edib. Bildirilib ki, sözügedən konsepsiya və portal Prezident İlham Əliyevin 9 aprei 2013-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın
tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"ndan irəli gələn vəzifələrin icrasım təmin etmək məqsədilə hazırlanıb. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu tərəfındən yaradılan bu konsepsiya və veb- portal ötən ilin noyabrında geniş ictimaiyyətə təqdim olunub.
Müzakirə prosesində irəli sürülən fıkir və təklifləri nəzərə alaraq, Rəyasət Heyəti Terminologiya Komissiyasının fəaliyyəti üçün normativ-hüquqi bazanın yaradılması, terminologiya sahəsində milli terminoloji standartların işlənilməsi və s. məsələlərlə bağlı qərar verib.
İclasda AMEA-nm elmi miiəssisə və təşkilatlarınm Vikipediya ensiklopediyası ilə əlaqədar fəaliyyəti üzrə hesabatı dinlənilib. Hesabatı məruzə edən akademik Rasim Əliquliyev bildirib ki, ölkəmizdə informasiya cəmiyyətinin hazırki mərhələsində "virtual Azərbaycan"ın formalaşdırılması qarşıya əsas məqsəd kimi qoyulub. Ötən müddət ərzində internet miihitində milli kontentin inkişaf etdirilməsi, xalqımızın tarixi, ədəbi və mədəni irsinin qorunub saxlanılması və diinya informasiya məkanmda geniş təbliği, elcə də Vikipediya ensiklopediyasında Azərbaycamn milli maraqlarınm yüksək səviyyədə qorunması işində AMEA- mn müvafıq müəssisə və təşkilatları tərəfındən səmərəli fəaliyyət həyata keçirilib. Qeyd olunan istiqamətlərdə görülən kompleks işlərdən danışan akademik bu sahədə beynəlxalq təcrübəyə əsaslanaraq elmi-tədqiqat işlərinin aparıldığım, milli maraqlarımıza zidd olan kontentin aşkarlanması üçün müntəzəm monitorinqlərin təşkil olunduğunu, Vikipediyada Azərbaycanm tarixi həqiqətləri, nailiyyətləri, görkəmli şəxsiyyətləri haqqında zəruri məlumatların, eləcə də ensiklopedik elmi biliklərin yerləşdirildiyini bildirib. Məruzəçi həmçinin Vikipediyada işləmək üçün zəruri bilik və vərdişlərin aşılanması məqsədilə müxtəlif qurumların əməkdaşlarına, ali məktəb tələbələrinə təlim kursları keçirildiyini, əhali arasında Vikipediyanın populyarlaşdırılması, alim və mütəxəssislərimizin Vikipediyaya öz töhfələrini vermələri üçün ölkə medıasında təbliğat-təşviqat işləri aparıldığmı da vurğulayıb.
Hesabat dinlədikdən sonra təsdiq olunub. Rəyasət Heyəti Vikipediya ensiklopediyası ilə əlaqədar fəaliyyətin gücləndirilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi, viki-qrupların fəaliyyətinin maddi-texniki təminatınm gücləndirilməsi, AMEA İnformasiya Texnologiyaları İnstitutun Viki Mərkəzi tərəfındən Akademiyanın elmi miiəssisə və təşkilatlarında təşkil edilən təlim kurslarınm davam etdirilməsi barədə tapşırıqlar verib.
Növbəti məsələ "Azərbaycan xalçaları" elmi-publisistik jurnalı ilə bağlı olub. Bildirilib ki, Azərbaycanın qədim tarixə və zəngin ənənələrə malik xalçaçılıq sənətinin multidissiplinar əsaslaria tədqiqi istiqamətində son zarnanlar AMEA-nm müvafıq elmi tədqiqat müəssisələri ilə "Azərilmə" MMC arasında əməkdaşlıq münasibətləri genişlənib. Bu əlaqələrin daha da inkişaf etdirilməsi, xalçaçılıq sahəsindəki tədqiqatların elmi nəticələrinin koordinasiyalı şəkildə geniş ictimaiyyətə çatdırılması məqsədilə Azərbaycan, rus, ingilis dillərində nəşr olunan "Azərbaycan xalçaları" elmi-publisistik jurnalınm AMEA Rəyasət Heyəti və "Azərilmə" MMC-nin birgə təsisçiliyi ilə nəşr edilməsi qərara alınıb. Jurnalın yeni tərkibdə Redaksiya heyəti təsdiqlənib.
Gündəlikdə əksini tapan digər məsələlər AMEA-nın müşaviri, akademik Qərib Məmmədovun 70 illik, AMEA-nın Geoiogiya və Geofızika İnstitutunun Seysmostratiqrafıya şöbəsinin rəhbəri, akademik Pərviz Məmmədovun 80 illik, Tektonofızika və geomexanika şöbəsinin rəhbəri, akademik Hətəm Quliyevin isə 70 illik yubileyləri haqqında olub. Azərbaycan eiminin inkişafmdakı xidmətlərini nəzərə alaraq alimlərin AMEA-nın Fəxri Fərmanı ilə təltif edilməsi və yubileylərinə həsr olunmuş elmi konfransların keçirilməsi barədə Rəyasət Heyəti qərarlar verib.
Digər qərarla AMEA-mn Neft və Qaz İnstitutunun Elmi Şurasınm tərkibi təsdiqlənib.
Sonra iclasda Akademiyanın müxbir iizvü Aqil Əliyevin 90 illik yubileyi ilə əlaqədar AMEA, Təhsil Nazirliyi və Səhiyyə Nazirliyinin birgə təkliflərindən ibarət Tədbirlər planı təsdiq edilib.
Sonda kadr məsələlərinə baxılıb. Geologiya-mineralogiya üzrə elmlər doktoru Vaqif Qurbanov AMEA-nın Neft və Qaz İnstitutunun elmi işlər üzrə direktor müavini, yer elmləri üzrə fəlsəfə doktoru Şəlalə Hüseynova həmin institutunun elmi katibi vəzifəsinə təyin olunublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB