Şəmkirdəki məktəb direktoru işdən çıxarıldı RƏSMİ

Şəmkirdəki məktəb direktoru işdən çıxarıldı RƏSMİ

Təhsil Nazirliyinin bir sıra kütləvi informasiya vasitələrində Şəmkir rayon Seyfəli kənd tam orta məktəbi ilə bağlı dərc olunmuş məlumatlarla əlaqədar apardığı araşdırma başa çatıb. Bu barədə SİA-ya Şəmkir rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Kənan İbrahimov məlumat verib. O bildirib ki, araşdırmanın nəticəsi olaraq, orta məktəbin direktoru Akif Namazov işində yol verdiyi nöqsana görə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə uyğun olaraq tutduğu vəzifədən azad edilib.

Onun sözlərinə görə, yoxlama zamanı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib.

Qeyd edək ki, Şəmkir rayon Seyfəli kənd tam orta məktəbinin laborantı Xatirə Əliyeva mətbuata müraciət edərək məktəb direktoru Akif Namazovu rüşvət almaqda ittiham edib. Direktor isə cavabında X. Əliyevanın seks videosuna görə işdən uzaqlaşdırıldığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə