Qərb Universiteti Elmi Kitabxana Mərkəzinin rəhbəri və kitabxanaçı vəzifələri üçün MÜSABİQƏ elan olunur:
Vəzifə: Elmi Kitabxana Mərkəzinin rəhbəri
Namizədlərə tələblər:
- Minimum bakalavr dərəcəsi;
- Yaxşı yazı və şifahi ünsiyyət bacarığı;
- Bu sahədə ən azı 3 il iş təcrübəsi;
- Elektron kitabxana ilə işləmək üçün bilik və bacarıqlar;
- Ofis texnikasını (kompyuter, printer, skaner) əla bilmək;
- İnternet resurslarından sərbəst istifadə bacarığı;
- İngilis və rus dilini bilənlərə üstünlük verilir.
İşin təsviri:
- Kitabxana fondu ilə işin təşkil olunması;
- Kitabxananın elektron bazasının qurulması və yenilənməsi;
- Kitabxana əməkdaşlarına rəhbərlik etmək;
- Universitetin tədqiqatçılarına dəstək vermək;
- Kitablar, materialların əldə edilməsi;
- Elektron xidmətlərin, jurnalların və s. universitetin abunəçiliyin idarə edilməsi;
- İşçilər, tələbələr üçün təlimlərin təşkil edilməsi.
Müsabiqədə iştirak etmək istəyən namizədlər, mövzu yerinə "EKM-Direktor" yazmaqla öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Vəzifə: Kitabxanaçı
Namizədlərə tələblər:
- Minimum bakalavr dərəcəsi;
- Yaxşı yazı və şifahi ünsiyyət bacarığı;
- Bu sahədə ən azı 1 il iş bacarığı;
- Elektron kitabxana ilə işləmək üçün bilik və bacarıqlar;
- Ofis texnikasını (kompyuter, printer, skaner) əla bilmək;
- İnternet resurslarından sərbəst istifadə bacarığı;
- İngilis və rus dilini bilənlərə üstünlük verilir.
İşin təsviri:
- Kitabxananın elektron bazasının qurulması və yenilənməsi;
- Kitablar, materialların əldə edilməsi;
- Abonentlərə və oxu zalında xidmət;
- Kitabxana sənədləşmələrinin aparılması;
- Yeni ədəbiyyatların qeydiyyatı, köhnələrin ləğvi;
- Statistik hesabatların aparılması.
Maraqlanan namizədlər mövzu yerində "Kitabxanaçı" yazmaqla öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Son tarix: 16 fevral
Ünvan: Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət 27 küçəsi
Telefon: 012-497-01-14
Mobil: 050-999-19-91
#Vakansiya #WU #Kitabxana #Library
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB