Hər il Parisə 50 tələbə gedir

"Hər il Azərbaycandan Paris-Sorbon Universitetinə 50-ə yaxın tələbə təhsil almaq üçün müraciət edir. Lakin bizim məqsədimiz ticari əlaqələr qurmaq deyil, tələbələrin gələcək karyeralara planlarına müsbət təsir etməkdir". Bunu SİA-ya açıqlamasında Paris-Sorbon Əbu Dabi Universitetinin rektoru Erik Fuaş deyib.

O bildirib ki, 2017-ci ildə Əbu Dabi Universitetinə Azərbaycandan 20 tələbənin getməsi nəzərdə tutulur: "Lakin əməkdaşlıq çərçivəsində bu rəqəmlərin artması gözlənilir. Qeyd edim ki, Paris-Sorbon Əbu-Dabi Universiteti Azərbaycanın Təhsil Nazirliyi, eləcə də Fransanın Azərbaycandakı strategiyasına uyğun olaraq fəaliyyət göstərir. Universitetimizlə olan əlaqə birgə strategiyaya uyğun olan əməkdaşlıqdan irəli gəlir".

Rektor əlavə edib ki, ərəb və fransız dilli tələbələr öz seçimləri əsasında təhsillərini istədikləri ali məktəbdə davam etmək şansına malikdirlər: "Belə ki, ərəb dilli tələbələr Əbu-Dabi, fransız dilli tələbələr isə Paris-Sorbon Universitetində öz istəkləri əsasında təhsil ala bilərlər".

Bütün xəbərlər Facebook səhifəmizdə