Sabah TOEFL imtahanı keçiriləcək

Sabah TOEFL imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzində yanvarın 14-də TOEFL imtahanı keçiriləcək. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, imtahan 2017-ci il yanvarın 14-də DİM-in Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında təşkil olunacaq və saat 08:00-da başlanacaq. İmtahanda iştirak edəcək şəxslər 07:30-dan gec olmayaraq imtahan binasında olmalıdırlar.

Növbəti TOEFL® imtahanlarının DİM test mərkəzi tərəfindən aşağıdakı tarixlərdə keçirilməsi nəzərdə tutulur. Linkdə təqdim edilən məlumatla tanış olaraq TOEFL® imtahanına qeydiyyatdan keçə bilərsiniz: http://tqdk.gov.az/exam/toefl/

Bütün xəbərlər Facebook səhifəmizdə